Xəbərlər



Rusiya ermənilərə qadağan olunmuş silahlar verəndə NİYƏ BUNU DÜŞÜNMÜRDÜ? - Moskva TƏLAŞDA ...
Rusiya ermənilərə qadağan olunmuş silahlar verəndə NİYƏ BUNU DÜŞÜNMÜRDÜ? - Moskva TƏLAŞDA ...


"Azərbaycan Şərqi Zəngəzurda hərbi infrastrukturu inkişaf etdirməklə gələcəkdə Ermənistan tərəfindən mümkün təxribatların qarşısını ən effektiv bir şəkildə alınmasını hədəfləyir".

Bunu Milli.Az-a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

O bildirib ki, Rusiya regionda ondan güclü ittifaqlar və ölkələrin meydana çıxmasını istəmir:

"Bölgəyə yerləşdiriləcək hərbi hissələr həm düşmənin Qərbi Zəngəzur ərazisində manevrlərini məhdudlaşdırmağa, həm də onlara qarşı adekvat və təsirli cavablarla bərabər, preventiv zərbələrə də imkan verəcək.

Zaxarovanın ötən gün Azərbaycan-Türkiyə hərbi ttifaqı ilə bağlı narahatlığını dilə gətirərkən dediyi "Türkiyə ilə Azərbaycan arasında əməkdaşlıq Zaqafqaziyada güc balansını pozmamalıdır" fikirləri əsassız və yersizdir.

Rusiya özü Azərbaycana 5 milyardlıq silah satanda balans barədə düşünmürdü, Ermənistana 90-cı illərdə operativ taktiki raket kompleksləri verəndə bu barədə düşünmürdü.

Nədənsə, Rusiya 2016-cı ildə Aprel döyüşlərindən sonra Ermənistanı müasir "İsgəndər" Kompleksləri ilə silahlandıranda, bunu düşünmürdü. Nədənsə, Ermənistana gizli və qanunsuz bir şəkildə beynəlxalq silah ixracatı qaydalarına zidd olaraq ixracı qadağan olunmuş silahları verəndə bu barədə düşünmürdü.

Görünən odur ki, Rusiya Azərbaycan ilə Türkiyə arasında müdafiə sənayesi sahəsində əməkdaşlıqdan, o cümlədən Rusiyanın əldə etmək istədiyi PUA sistemlərinin Azərbaycanda birgə istehsalından daha çox narahatdır. Lakin bu narahatlıq bizi qətiyyən maraqlandırmır. Bizim öz prioritetlərimiz var və Azərbaycan bu prioritetlərindən geri çəkilməyəcək. Türkiyə bizim qardaş ölkədir, Türkiyədə istehsal olunan nə varsa Azərbaycan üçün, Azərbaycanda da nə varsa türkiyə üçün tam şəkildə əlçatandır.

Təbii ki, Rusiya heç bir vaxt istəməz ki, ondan güclü ittifaqlar və ölkələr meydana çıxsın. Lakin bu prosesin qarşısını almaq mümkün deyil. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi Türk Dövlətləri Şurasını Türk Dövlətləri Təşkilatına çeviribsə, bir gün də nə zamansa, gələcəkdə bu dövlətlərin bir hərbi ittifaqından da bəhs edə biləcəyik. Hazırda belə bir ittifaq Azərbaycanla Türkiyə arasında mövcuddursa, onun gələcəkdə digər Türk Dövlətləri ilə bağlanması da tamamilə mümkündür. Təbii ki, belə məsələlər də Rusiyanı narahat etməsə təəccüblü olardı".
Baxış sayı: 239