“Vaxt gələcək Ermənistanın Prezidenti azərbaycanlı olacaq”.
AZİNFORM.AZ xəbər verir ki, bunu erməni keşiş Mikael Acapaxyan 168.am-ın canlı efirində deyib.
“9 noyabrdan sonra mən dedim ki, ölkədə özümü azlıq kimi hiss edirəm. Əgər belə davam edərsə, bununla barışaraq yaşamağa davam etməliyəm.
Yüz ildən sonra ermənilər Ermənistanda yaşamaqla barışacaqlar. Burada prezident də, baş nazir də erməni olmayacaq, azərbaycanlı olacaq.
Suriyada suriyalılar azlıq olduğu kimi, erməniləri də həmin tale gözləyir. Öz ölkələrində milli azlıq olacaqlar.
Bu, artıq erməni dövləti olmayacaq. İndiki hakimiyyəti bu, maraqlandırmır və bizə də bununla razılaşmaq qalır”, – deyə arxiyepiskop bildirib. /konkret.az/