Avropa Şurasının rəhbəri Çarlz Mişel bildirib ki, Ukrayna münaqişəsi ABŞ-a Avropadan daha az təsir edir.
Publika.az xəbər verir ki, Mişel münaqişənin ABŞ-a təsiri Avropadakı kimi olmadığını onunla əsaslandırıb ki, Birləşmiş Ştatlar enerji resurslarının ixracatçısıdır.
O, əlavə edib ki, Aİ yüksək enerji ödənişlərindən əziyyət çəkir və iqtisadi tənəzzüllə üzləşmək riski altındadır.