Xəbərlər
ailehekimiklinikasi.az » Gündəm » Xəbərlər » Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd statusu aldı
Ukrayna və Moldova Aİ üzvlüyünə namizəd statusu aldı
Avropa İttifaqı (Aİ) Ukrayna və Moldovaya üzvlüyə namizəd statusu təqdim edib.
Publika.az xəbər verir ki, bu barədə Aİ Şurasının Prezidenti Şarl Mişel "Twitter" hesabında bildirib.
O, Ukrayna və Moldova prezidentləri - Volodimir Zelenski və Maria Sandunu qəbul olunan qərar münasibətilə təbrik edib.
"Avropa İttifaqı indicə Ukrayna və Moldovaya Aİ-yə üzvlük statusu verilməsi barədə qərar qəbul edib. Tarixi bir an. Bugünkü gün sizin Aİ-yə gedən yolunuzda həlledici məqamdır. Ukrayna Prezidenti Vladimir Zelenskiyə və Moldova Prezidenti Maya Sanduya, eləcə də Ukrayna və Moldova xalqlarına təbriklərimi çatdırıram”, - Mişel qeyd edib.
Qərar bu gün Brüsseldə keçirilən sammit zamanı bütün Aİ liderləri tərəfindən yekdilliklə dəstəklənib.
Foto və Vİdeo qalereya
XƏBƏR LENTİ
ARAŞDIRMA
Həkimlər xərçəngi niyə tam müalicə edə bilmirlər? - Məşhur onkoloq AÇIQLADI
31-07-2022, 16:24
/
68