Suvalki dəhlizi hipotetik olaraq ən təhlükəli ərazidir. Bura NATO-ya qarşı müharibə olacağı təqdirdə Rusiyanın ilk hədəfi ola bilər.
KAİM.az xəbər verir ki, bu barədə “Politico” yazıb.
“Litvanın cənub-şərqində yerləşən Druskininkay şəhəri Suvalki dəhlizi kimi tanınan dar strateji ərazi ilə üz-üzədir. Qərbli hərbi mütəxəssislər xəbərdarlıq edirlər ki, Rusiya Prezidenti Putin nə vaxtsa müharibəyə başlamaq qərarına gəlsə, bu ərazi onun ilk hədəflərindən biri olacaq”, – məlumatda bildirilib.
Mənbələr Moskvanın Kalininqrada quru dəhlizi yaratmağa cəhd edə biləcəyini və bunun genişmiqyaslı nüvə müharibəsinə səbəb ola biləcəyini ehtimal edirlər.
Qeyd edək ki, uzunluğu təxminən 100 km olan Suvalki dəhlizinin adını 2015-ci ildə Estoniyanın keçmiş prezidenti Tomas Hendrik İlves verib.