Xəbərlər



Rusiyanın bu şəhəri NATO-nun hədəfində - Almanların “itmiş vətəni” Kalininqradla bağlı plan nədir?
Rusiyanın bu şəhəri NATO-nun hədəfində - Almanların “itmiş vətəni” Kalininqradla bağlı plan nədir?


Rusiya-Ukrayna müharibəsi fonunda Qərb ilə Kreml arasında gərginlik davam edir. Bu isə Rusiyanın quru bağlantısı olmayan ərazisi olan Kalininqradın əhəmiyyəti artmaqdadır. Rusiyanın bu şəhəri ilə ilə bütün quru əlaqələr Litva ərazisindən keçir. Kalininqradın blokadaya alınması Rusiyanı çox çətin vəziyyətdə qoya bilər. Kreml isə bu regiondakı radar və ballistik raket sistemlərini təkmilləşdirir.

Maraqlıdır, Qərb Kremlin bu addımına qarşı Kalininqradı ələ keçirə bilərmi?

Mövzu ilə bağlı Gundem.az-a açıqlama verən siyasi şərhçi Turab Rzayev bildirib ki, Qərbin indiki halda Kalininqradı ələ keçirməsi mümkün görünmür.

“Qərb ilə Rusiya arasında gərginlik olsa da, bu, hərbi toqquşma səviyyəsinə çatmayıb. Real müharibə olmadığı təqdirdə isə Qərbin Kalininqradı ələ keçirməsi mümkün deyil. Kalininqradla bağlı bir fakt da bu ərazinin tarixi alman torpağı olmasıdır. Ancaq Almaniya belə Rusiya ilə birbaşa müharibənin əleyhinədir. Ümumiyyətlə, rəsmi Berlin proseslərin müharibə məcrasına keçməsini istəmir”.

Analitik qeyd edib ki, anqlo-sakson bloku Rusiyaya müharibə elan etsə Kaleninqrad əsas hədəf olacaq:

“Məsələ ondadır ki, Rusiyanın bir çox mühüm hərbi texnikaları, eyni zamanda NATO obyektlərini izləyən qurğuları bu regionda yerləşir. Buna görə də NATO bu ərazini özü üçün ilk hədəf seçə bilər”.
Baxış sayı: 352