Xəbərlər



Putin Ərdoğandan etməyəcəyi şeyi TƏLƏB ETDİ: " Satmayın"
Putin Ərdoğandan etməyəcəyi şeyi TƏLƏB ETDİ: " Satmayın"


Ötən gün Rusiya prezidenti Vladimir Putin ilə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı baş tutub.

Görüş zamanı hər iki lider regiondakı vəziyyəti və digər əməkdaşlıq məsələlərini müzakirə edib.

Qalanews bu barədə CNN Türk-ə istinadən xəbər verir.

Görüşün ən yadda qalan nüansı ilə, Rusiya prezidenti Vladimir Putinin Türkiyə PUA-ları haqda narahatlığını dilə gətirməsidir.O, həmkarı R.T.Ərdoğana Ukraynanın "TB2 Bayraktar" PUA-larına sahib olmasından narahat olduğunu bildirərək, bu PUA-ların Ukraynaya satılmasının düzgün qiymətləndirmədiyini qeyd edib.

Xatırladaq ki, bir müddət əvvəl Ukrayna Hərbi Hava Qüvvələri ilk dəfə olaraq "TB2 Bayraktar" PUA-dan döyüş tətbiqində istifadə edərək, düşmənin dərinliyində yerləşən separatçılara məxsus bir ədəd D 30 haubitsasını dəqiq atəşlə məhv etmişdi.
Baxış sayı: 321