Zəngilandan bəd xəbər gəldi: Ermənilər...
Azərforum xəbər verir ki, “Report”un Qarabağ bürosunun məlumatına görə, dünən Zəngilanda mina partlayışı olub.
Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı günorta saat 15 radələrində rayonda minaya düşüb.
Partlayış nəticəsində agentliyin əməkdaşı, 1972-ci il təvəllüdlü Babayev Vaqif Əlizad oğlu müxtəlif xəsarətlər alıb. Yaralı helikopterlə Bakıdakı xəstəxanalardan birinə çatdırılıb. Onun vəziyyəti ağır qiymətləndirilir.
Qeyd edək ki, V.Babayev uzun illər ANAMA-da çalışıb.
Hadisə ilə bağlı araşdırma aparılır.