Xəbərlər



Bütün dünyanın axtardığı üç azərbaycanlı qadın - FOTO
Bütün dünyanın axtardığı üç azərbaycanlı qadın - FOTO



Cinayət dedikdə adətən kişilər yada düşür. Lakin kriminal hadisələrlə bağlı adları hallanan qadınlar da var. Azərbaycan isə cinayət əməllərinə görə axtardığı üç qadını İnterpolla beynəlxalq axtarışa verib.

Ölkə.az xəbər verir ki, qırmızı bülletenlə bütün dünyada axtarılan 3 azərbaycanlı qadın hələ də tapılmır.

Onlar barəsində açıq mənbələrdə geniş məlumat yer almasa da, qısa informasiyanı və onların fotolarını təqdim edirik:

Bütün dünyanın axtardığı üç azərbaycanlı qadın - FOTO

1984-cü ildə anadan olmuş 37 yaşlı Qızqayıt Hacıyeva insan alveri ittihamı ilə bağlı axtarışa verilib.

Bütün dünyanın axtardığı üç azərbaycanlı qadın - FOTO

Goranboyda anadan olmuş, 1978-ci il təvəllüdlü Şöhrət Məmmədova insan alveri, fahişəliyə cəlb etmə ittihamı ilə axtarılır.

Bütün dünyanın axtardığı üç azərbaycanlı qadın - FOTO

1971-ci ildə Qubada anadan olan Sevinc Səlimova isə xuliqanlıq ittihamı ilə siyahıya düşüb.
Baxış sayı: 223