Türkiyənin Tokat vilayətində baş tutan toy zamanı maraqlı hadisə baş verib.
Kanal.az xəbər verir ki, 29 yaşlarında olan Mamuthan-Merve cütlüyü zala 4 ay əvvəl dünyaya gələn övladları ilə birgə daxil olub. Bu isə qonaqların həm sevincinə, həm də təəccübünə səbəb olub. Çünki bəziləri onların övladı olduğundan xəbərsiz idi. Məlumata görə, cütlük bir müddət əvvəl ailə qurub.
Həmin vaxt pandemiya səbəbilə toylara icazə verilmədiyi üçün toy edilməyib. Lakin indi cütlük toy etməyə qərar verib.