Ermənistan prezidenti Armen Sarkisyan hər hansı təzyiq altında ölkənin Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ətrafında yaranmış vəziyyətlə əlaqədar hərəkət etməyəcək. “Report” xəbər verir ki, bu barədə Ermənistan Prezidenti Aparatında bildiriblər. Prezident Aparatında qeyd ediblər ki, Armen Sarkisyan "kiminsə və ya hər hansı siyasi gücün tərəfini tutmur". "Prezident öz funksiyalarını həyata keçirərək, yalnız dövlətin və xalqın maraqlarını rəhbər tutur", - bəyanatda qeyd edilir.