Xəzər dənizinin Azərbaycanla Qazaxstan sərhəddində baş vermiş silahlı insident nəticəsində azərbaycanlı balıqçı ölüb.
Virtualaz.org-un məlumatına görə, sərhəd sularını keçmiş, içərisində Neftçala rayon sakinləri olan qayığa Qazaxstan sərhədçilərinin açdıqları atəş nəticəsində balıqçılardan Neftçala rayonunun Kürkənd kənd sakini Qəhrəman Kamil oğlu Məmmədov baş nahiyəsindən aldığı güllə yarasından ölüb, həmin kəndin digər sakinləri-Emin Nəriman oğlu Nuriyev , Elşən Hüseynbala oğlu Hüseynov və Neftçala şəhər sakini Şakir adlı balıqç müxtəlif dərəcəli xəsarətlər alıblar. Balıqçılar Qazaxstan sərhədçiləri tərəfindən saxlanılıb.
Araşdırma aparılır.