Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın tam söndürülüb.
APA-nın yerli bürosunun məlumatına görə, yanğın zamanı xəsarət alan olmayıb, lakin bazaya bitişik 72 saylı tam orta məktəbin köməkçi binası kimi istifadə olunan hissəsi yanaraq yararsız vəziyyətə düşüb.
8 mart, saat 23:44
Mingəçevirdə məcburi köçkünlərin məskunlaşdığı turist bazasında yanğın başlayıb.
Yanğın bazanın keçmiş yeməkxanasında və Ağdam rayonunun 72 saylı orta məktəbinin köməkçi binası kimi istifadə olunan hissəsində baş verib.
Hadisə yerinə FHN-in yanğınsöndürənləri cəlb olunub.