Sfera.az saytı xəbər verir ki, Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən gürcü tərəfinin Gereci kilsəsi adlandırdığı Keşikçidağ məbədi ətrafında yaranan qalmaqal getdikcə böyüyür.
Xatırladaq ki, Azərbaycanın Gürcüstanla sərhəddində yerləşən dəniz səviyyəsindən 850 metr hündürlükdə olan və böyük coğrafi sahəni əhatə edən qədim Keşikçidağ Alban məbədi kompleksinin bir hissəsi Gürcüstanın Saqareco rayonu, digər bir hissəsi isə Azərbaycanın Ağstafa rayonu ərazisində yerləşir.
Keşikçi məbədinin mənşəyinə dair azərbaycan və gürcü mənbələri arasında tarixi konsensus mövcud deyil. Azərbaycan mənbələrinə görə Keşikçi məbədi qədim alban mənşəli olub, Qafqaz Albaniyasının mədəni irsinə aiddir. Əksər gürcü mənbənləri isə məbədin gürcü mənşəli olub tarixən Gürcü Pravoslav Kilsəsinə tabe olduğunu iddia edirlər.
Elə bu səbəbdən də gürcülər kilsənin bütövlükdə onların ərazisində olması iddiasındadırlar. Dəfələrlə bu barədə rəsmi Bakı qarşısında məsələ qaldırılıb. Hətta məbədin onlara verilməsi qarşılığında ərazi mübadiləsi də təklif ediblər.Ancaq Azərbaycan tərəfi bu təkliflərlə razılaşmayaraq öz tarixi məbədinə sahib çıxacağını bəyan edib.
Son günlər isə Gürcüstanın yeni prezidenti Salome Zurabişvili ərazi mübahisəsini yenidən gündəmə gətirib. Bir neçə gün əvvəl həmin bölgəyə səfər edərək Azərbaycan tərəfinə təkliflərini yenidən çatdırıb. Onun ardınca millət vəkilləri, ictimai aktivistlər, din xadimləri bölgəyə axın etdilər. Televiziyalar oradan canlı yayımlara başldılar.
Sfera.az xəbər verir ki, səfərlərin birində bölgəyə gələn gürcü deputat Şalva Natelaşvili üzünü sərhədçilərimizə tutaraq azərbaycanlıarı təhqir etməkdən belə çəkinməyib. Belə ki, qərbyönümlü müxalif Liberal Partiyasının sədri Şalva Natelaşvili sərhədçilərimizə səslənərək belə deyib: "Sizin əcdadlarınız Orta Asiyada yaşayanda bizim əcdadlarımız burada bu mədəniyyəti qurublar.Siz Orta Asiyadan gəlibsiniz.Sizin Qafqazla heç bir əlaqəniz yoxdur".
Daha sonra üzünü jurnanilstlərə tutaraq "bu Azərbaycanın Gürcüstana açıq-aşkar təcavüzü və işğalıdır. Rusiya bir tərəfdən Azərbaycan da bir tərəfdən bizə təcavüz edir" kimi fikirlər səsləndirib.
Son dövrdə diqqəti cəlb edən əsas hadisələr sırasında Gürcüstanın Azərbaycanla strateji tərəfdaşlığının ruhuna zidd davranışları da var.
Belə ki, ermənilərin qondarma "soyqırımı” günündə Azərbaycan və Türkiyə əleyhinə mütəmadi aksiyalar keçirmələri, həmin tədbirlərdə Dağlıq Qarabağ separatçılarının dırnaqarası "bayrağının” qaldırılması xüsusi qeyd olunmalıdır.
Hər şeyi kənara qoysaq, Gürcüstan iqtisadiyyatı Azərbaycan investisiyalarının, Azərbaycanın enerji və nəqliyyat layihələrinin, tranzit ödəmələrinin hesabına sabit qala bilir. Azərbaycan o "nəfəsliyi” bağlasa, Gürcüstanın hansı vəziyyətə düşəcəyi məlumdur. Mövcudluğu həm də Azərbaycandan asılı olan o ölkəyə yerini göstərmək lazımdır”.
Məslənin bir başqa maraqlı tərəfi, digər qonşularımızla münasibətlərdə ən kiçik insidenti belə şişirdərək hay küy salan qərb yönümlü liberal ictimai siyasi fəllarımızın Gürcüstana gəldikdə bu cür açıq aşkar təhqir qarşısında səssiz qalmaları, bu azmış kimi bu məsələni şişirtməyin əleyhinə olduqlarını nümayiş etdirməlidir. Niyə? bəlkə ona görə ki onlarla Gürcüstanın sahibləri eyni mərkəzdə oturublar?