Xəbərlər



SON DƏQİQƏ: Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı - ANBAAN VİDEO
SON DƏQİQƏ: Türkiyədə sərnişin təyyarəsi qəzaya uğradı  - ANBAAN VİDEO


Türkiyənin İstanbul şəhərinə sərnişin təyyarəsi qəzaya uğrayıb.

Azmedia.az Redaktor.az-a istinadən xəbər verir ki, Sabiha Gökçen hava limanında təyyarə uçuş-enmə zolağından çıxıb. Hadisə ilə bağlı hava limanı uçuşlara bağlanıb.

İstanbul valisi bildirib ki, təyyarədəki 164 sərnişin təhlükəsiz bir şəkildə təxliyə edilib. Ölən və yaralanan yoxdur.

Qeyd edək ki, “Boeing 737-800” tipli sərnişin təyyarəsi Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərindən İstanbula gəlirmiş.


Baxış sayı: 1 627