Xəbərlər



SON DƏQİQƏ: Türkiyədə körpü uçdu - YARALILAR VAR / VİDEO
SON DƏQİQƏ: Türkiyədə körpü uçdu - YARALILAR VAR / VİDEO

Türkiyənin Samsun vilayətində körpü çöküb.

BBC xəbər verir ki, hadisə Terme şəhərində eyni adlı çayın üzərindən keçən körpüdə baş verib.

Kadrlardan göründüyü kimi, körpü üstündən piyadalar keçən zaman çökür. İnsanlarla yanaşı əmələ gəlmiş dərəyə yoldan keçən maşın da düşür.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb və xəstəxanaya yerləşdirilib.

Körpünün dağılmasını bölgəyə düşən aramsız yağışlarla bağlayırlar.
Baxış sayı: 298