Xəbərlər



Eskalatorda ani ehtiyatsızlıq görün nə ilə nəticələndi? — ANBAAN VİDEO
Eskalatorda ani ehtiyatsızlıq görün nə ilə nəticələndi? — ANBAAN VİDEO

Çində qız uşağının əlinin eskalatorda qalması dünya mətbuatına gündəm olub.
"Ölkə.Az" xəbər verir ki, hadisə ölkənin Hubey əyalətinin Hançuan şəhərində baş verib.
Videomüşahidə kamerasının çəkdiyi kadrlarda qızın anası ilə birlikdə eskalatorda necə qalxdığı görünür. Uşaq hərəkətdə olan eskalatorun məhəccərini ovcu ilə tutaraq sona qədər hərəkət edir. Həmin zaman əlini qaldırılmağı unudur. Mexanizm qızın əlini özünə doğru sorur, qız döşəməyə düşür. Həyəcanla dolu ana isə onu geri çəkməyə çalışır. Xilasedicilər on dəqiqə ərzində uşağı azad edə bilirlər. Bütün bu müddətdə şahidlər onu sakitləşdirirlər. Zərərçəkən hadisədən bir neçə kəsik yarası ilə canını qurtara bilir.
Baxış sayı: 371