Xəbərlər



SON DƏQİQƏ: Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI - VİDEO
SON DƏQİQƏ: Məşhurların olduğu təyyarə QƏZAYA UĞRADI - VİDEO

Danimarkanın Yutlandiya əyalətində təyyarə qəzası baş verib.

Redaktor.az CNN-ə istinadən xəbər verir ki, məşhur amerikalı müğənni Pinkin şəxsi təyyarəsi Tirstrup hava limanına eniş zamanı alışıb. Yanğın yüngül mühərrikli laynerin gövdəsini tamamilə sıradan çıxarıb. Dərhal əraziyə cəlb edilən yanğınsöndürənlər alovu ram edib.

Hadisə zamanı göyərtədə ümumilikdə 10 nəfər olub. Onların arasında rok ifaçının köməkçiləri, meneceri və digər tanınmış simalar olub.

Lakin sənətçinin özünün laynerdə olub-olmadığı məlum deyil. Xoşbəxtlikdən yanğın zamanı ciddi xəsarət alan olmayıb. Hadisənin səbəbləri araşdırılır.
Baxış sayı: 702