Xəbərlər



Ana övladının gözü qarşında öldürüldü - ANBAAN VİDEO
Ana övladının gözü qarşında öldürüldü - ANBAAN VİDEO

Rusiyanın Ramenskoye şəhərində qətl hadisəsi baş verib.
"Qafqazinfo” "NTV” telekanalına istinadən xəbər verir ki, uşaq meydançasında oturan qadın övladının gözləri qarşısında öldürülüb.
Kadrlarda kişinin qadının oturduğu skamyaya yaxınlaşması və ona bir neçə bıçaq zərbəsi vurması öz əksini tapıb. Bir neçə saniyədən sonra zərərçəkən yerə yıxılıb. Qadını qətlə yetirən cinayətkar dərhal hadisə yerindən uzaqlaşıb.
Polis orqanları əməkdaşlarının həyata keçirdiyi təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törədən şəxs saxlanılıb. Faktla bağlı araşdırma aparılır.
Baxış sayı: 387