Xəbərlər



Futbolçu ilə zarafat etdi, bir anda məşhurlaşdı - VİDEO
Futbolçu ilə zarafat etdi, bir anda məşhurlaşdı - VİDEO

Braziliyalı qadın hakim Fernanda Kolombo matç zamanı təkcə gözəlliyi və peşəkarlığını deyil, həm də yumor hissini nümayiş etdirib.

Fanat.Az xəbər verir ki, hadisə Ekvador çempionatının oyunlarından birində baş verib.

Oyunçulardan biri qaydanı pozduğu vaxt, 30 yaşlı qadın hakim özünü cibindən sarı kart çıxarırmış kimi göstərib, amma daha sonra gülümsəyərək cibindən yaylıq çıxarıb alnını silib.

Sözügedən görüntülər qısa vaxt ərzində minlərlə baxış sayı toplayıb. Fernandanın bu zarafatını sosial şəbəkə istifadəçiləri yüksək dəyərləndirib.
Baxış sayı: 356