Xəbərlər



Dünyada ilk nüvə partlayışı - VİDEO
Dünyada ilk nüvə partlayışı - VİDEO

Sosial şəbəkələrdə “Triniti” ilk nüvə silahı sınaqlarının bərpa olunmuş videosu yayılıb.

Ailehekimiklinikasi.az xəbər verir ki, bu barədə Yutubda “atomcentral” kanalı paylaşım edib.

Videoda təqdim olunan partlayış 1945-ci ildə ABŞ-ın Nyu-Meksiko ştatındakı Alamoqordo poliqonunda baş verib.

Partlayışın gücü 21 kiloton trotilə bərabər olub. Partlayış zamanı episentrə yaxın yerləşən tikili “yoxa çıxıb”, ərazidəki asfalt isə əriyib.

Sınaqlar Manhetten layihəsi çərçivəsində aparılıb. Bu zaman ABŞ-da 3 atom bombası yaradılıb. “Triniti” sınaqları zamanı “dənəcik” adlı mərmi partladılıb, bu tipə aid digər iki bomba “Körpə” və “Gombul” Xirosima və Naqasakiyə atılıb.
Baxış sayı: 181