Xəbərlər



Antarktidada növbəti anomal hadisə — VİDEO
Antarktidada növbəti anomal hadisə — VİDEO

Rusiyalı tədqiqatçı V.Deqterev Antarktidadakı fotoları incələyərkən yeni bir kəşfə imza atıb.
Ailehekimiklinikasi.az xəbər verir ki, tədqiqatçı Antarktidada bir müddət əvvəl də qədim piramidalar, sirli bunkerlər də tapmışdı. Bu dəfə isə o, buzun altında gizlədilmiş yadplanetli gəmisi kəşf edib.

Valentin bildirib ki, bu kəşf iki səbəbdən mümkün olub: Kartoqrafik servislərin yaradılması və təkmilləşdirilməsi, ikinci səbəb isə Antarktidada buzların əriməsidir.

Tədqiqatçı “Google Earth” fotolarında sirli obyekt kəşf edib və bu obyekt “uçan boşqab”a bənzəyir. Valentinin iddiasına əsasən, o, bu qeyri-adi obyekti hələ 1997-ci ilin fotolarında da görmüşdü. Amma o vaxt bunun artefakt yoxsa buzu ərimiş qaya parçası olduğu məlum deyildi. İndi isə buz bir az da əridiyi üçün onun UNO gəmisi olduğunu demək mümkündür.

Ehtimal edilir ki, bu, qəzaya uğramış yadplanetli gəmisidir. Ya da yaşı milyonlarla il olan qədim artefaktdır.
Baxış sayı: 127