Xəbərlər



Əzələ qıcolması
Əzələ qıcolması


Əzələ qıcolması
Əzələ qıcolması – kəskin ağrı ilə müşayiət olunan, əzələlərin məcburi daralmasıdır. Bu zaman əzələ bərkiyir və forması dəyişir.
Əzələ qıcolması bir çox sağlam insanlarda da ola bilir, xüsusilə ağır fiziki işlə məşğul olan və kalsium mübadiləsinin pozulması zamanı baş verir. Bəzi insanlarda spazma gecə saatlarında yuxuda olan zaman tapılır. Həmçinin əzələlərə qanın kifayət qədər daxil olmamağı spazma səbəb ola bilər. Bəzən qıcolma zaman əzələlərdə titəmə olur. Qıcolma güclü olanda ağrılar hətta bir neçə gün qalmaqda davam edir. Ən çox qıcolmalar isə aşağı ətraflarda qeydə alınır.
Qıcolmanın səbəbləri
-Əzələlərin hərəkətsizliyi;
-Əzələ yorğunluğu;
-Orqanizmdə maye çatışmazlığı;
-Kalsium, maqnezium, kalium və natrium çatışmazlığı;
-Vitamin B1 (tiamin), B5 (pantoten turşusu), B6 (piridoksin) çatışmazlığı;
-Ürək-damar sisteminin patologiyası;
-Nevroloji pozğunluq;
-Hormonal və ya endokrin patologiyaları;
-Bəzi dərman preparatların qəbulu;
-Alkoqol təsirə malik maddələrin qəbulu.
[/b][b]
Baxış sayı: 221