Yaponiyalı elm adamları COVİD-19-un "Mu" ştammı ilə bağlı diqqət çəkən araşdırma aparıb.
Sfera.az bildirir ki, koronavirusun "Mu” variantının digərlərindən fərqli olaraq, peyvəndlə əldə edilən qoruyucu anticisimlərə qarşı yüksək müqavimət göstərdiyi bəlli olub.
Belə ki, Tokio Tibb Elmləri İnstitutunun dosenti Kei Satonun rəhbərlik etdiyi qrup sözügedən ştammın xüsusiyyətlərinə malik süni virus yaradaraq, onun "Pfizer-BioNTech” peyvəndi vasitəsilə əldə olunan antikorlara həssaslığını araşdırıb. "The New England Journal of Medicine” tibb jurnalında dərc olunan araşdırmanın nəticələrinə görə, "Mu” variantının antikorlara qarşı normal virusdan 9,1 dəfə daha artıq davamlı olduğu müəyyən edilib.
Qeyd edək ki, "Mu” ştammına 40-dan çox ölkədə rast gəlinib.