Xəbərlər



Poseydon
Poseydon


Poseydon — Yunan mifologiyasında dəniz tanrısı, Zevsin qardaşı.

Doğulması
Poseydon Kron və Reyanın oğludur. Rəvayətə görə Kron digər uşaqları kimi onu da doğulduqdan sonra udaraq yemişdir. Zevs atası Kronu əvvəlcə daşı sonra uşaqları qusaraq geri qaytarmağa məcbur edir. Qardaşları Aid və Poseydonun köməyilə atasını məcbur edərək onu taxt-tacına sahib olurlar. Beləki bütün yerüstü dünyanın tanrısı Zevs, yeraltı dünyanın - cəhənnəmin tanrısı Aid,dənizlərin tanrısı isə Poseydon olur.

Zevsin hörmətli qardaşı
Poseydon öz üçdişli əsası ilə dənizləri coşdurmaq və sakitləşdirmək məharətinə malik idi. Qədim yunanlar zəlzələ kimi geoloji hadisələrə böyük təsir qüvvəsinə malik olduğuna görə onadan tikililəri qorumaq üçün kömək etməyi xahiş edərdilər. Bütün olimp tanrıları kimi o da Olimp dağında saraya malik olsa da onun səltənəti dənizin dibində yerləşirdi. Burada onun qızılla döşənmiş sarayı yerləşirdi. Bu sarayda o, öz həyat yoldaşı Amfitrita və qızı Nereya ilə günlərini keçirdərmişlər. Dənizlər tanrısı Poseydon öz qızıl arabasında dəniz dalğaları arasında gəzərkən delfinlər onu daim müşayiət edərmişlər. Qardaşı Zevs kimi o da ilahələrlə və ölmüş gözəl qadınlarla keçirdiyi məhəbbət məcaralarından həzz alarmış. Poseydonun ilk sevgilisi Qaliya olmuşdur. Ondan Poseydonun altı oğlu və qızı Rodos dünyaya gəlmişdir.

Afina mübahisəsi
Rəvayətə görə Poseydonla ilahə Afina arasında Afina şəhərinin hamiliyi üstündə mübahisə başlanmışdı. Hər ikisi kimin şəhərə daha qiymətli töhfə verə biləcəyi üstündə şərt kəsilir. Poseydon üçdişli əsasını yerə vurur. Yerdən su fışqırmağa başlayır. Afina nizəsini yerə vurduqda isə ilk dəfə olaraq həmin yerdən zeytun ağacı göyərir. Digər tanrılar götür-qoy etdikdən sonra mübahisədən Afinanın qalib çıxdığını elan edirlər. Zeytun sudan daha qiymətli olduğu üçün Afina şəhərin himayədarı olur və ona öz adını vermiş olur.
Baxış sayı: 75