Xəbərlər



4 min illik möcüzənin sirri canlı yayımda AÇILACAQ - Dünya HƏMİN ANI GÖZLƏYİR
4 min illik möcüzənin sirri canlı yayımda AÇILACAQ - Dünya HƏMİN ANI GÖZLƏYİR

“Ərəb baharı”ndan sonra zəifləyən turizmini canlandırmağa çalışan Misir daha bir yeniliyə imza atacaq.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, ölkənin ilk fironlarından birinə aid olduğu ehtimal edilən antik qəbir canlı yayımda açılacaq.

4 min il yaşı olan qəbirin açılışını bütün dünyada televiziyalar vasitəsilə 2 saat canlı izləmək mümkün olacaq.

Yayım ərzində qəbirin yerləşdiyi piramidanın tunelləri və adlı-sanlı ailəyə məxsus 40 fərqli mumyanın olduğu otaqlar da ziyarət ediləcək.

Proses 7 apreldə “Discovery Channel” kanalı vasitəsilə nümayiş olunacaq.
Baxış sayı: 242