Xəbərlər



İnsan həyatını dəyişdirən 12 MÜHÜM KARMA QANUNU
İnsan həyatını dəyişdirən 12 MÜHÜM KARMA QANUNU

Karma xarici dünya ilə qarşılıqlı hərəkət nəticəsində meydana çıxan təsir qüvvəsidir. Karma pis və ya yaxşı olur. Onun yaxşı və ya pis olması bizim düşüncə, duyğu, emosiya və hərəkətlərimizdən asılıdır.

Ailehekimiklinikasi.az publika.az-a istinadən həyatınızı müsbət istiqamətdə dəyişən karma qanunları ilə tanış edib:

1. Ali qanun
Həyat sizə ona yatırdığınız sərmayəni artıqlaması ilə geri qaytarır. Xoşbəxt olmaq və həyatınızın böyük sevgisini tapmaq istəyirsiniz? Odur ki, başqalarına hörmət edin, qayğısına qalın, xeyirxahlıq edin və sevin.

2. Yaradılış qanunu
Həyatda heç bir şey öz-özünə baş vermir, siz bunun üçün iş görməlisiniz. Özünüz olun!

3. Artım qanunu
İrəli getmək üçün başqalarını yox, özünüzü dəyişdirin. İnsan öz düşüncələrini dəyişən kimi xarici amillər də dəyişir.

4. Təvazö qanunu
Nəyisə dəyişmək üçün onun taleyin hökmü olduğunu qəbul etmək lazımdır. İnsanlarda yaxşı keyfiyyətləri görməyə çalışın. Fikrinizi dostlar üzərində cəmləyin, düşmənlər üzərində deyil.

5. Məsuliyyət qanunu
İstənilən problemlərin mənbəyi sizsiniz. Fərd dünyanın əksidir. Bütün həyatınızın məsuliyyətini özünüz daşıyırsınız.

6. Qarşılıqlı əlaqə qanunu
Hər bir əməlimizin mütləq bir nəticəsi var. Nəticə əldə etmək üçün nə isə etmək lazımdır. Məqsədsiz üzən gəmini külək sahilə aparıb çıxarmayacaq. Hədəfə gedən yolda atılan bütün addımlar əhəmiyyətlidir, hətta ən kiçiyi belə.

7. Fokuslanmaq qanunu
Fikrinizi hər zaman yalnız bir istiqamətə fokuslayın. Daha yüksək hədəflərə çatmaq istəyən insanı yıxmaq çox çətindir.

8. Minnətdarlıq qanunu
İnsan keçdiyi öz təcrübələri əsasında öyrənir və şükür edir.

9. Burada və indi qanunu
Keçmişin təəssüfkeşliyini çəkməyin və gələcəyi tələsdirməyə çalışmayın. Bu günlə yaşayın. İnsan həyatında bütün yaxşı hadisələr gözlənilmədən baş verir. Keçmiş yenilərin peyda olmasına mane olur.

10. Səbir və mükafat qanunu
Dəyərli mükafatlar böyük əziyyət tələb edir. Sevdiyiniz işləri sevgi, sevinc və böyük şövqlə yerinə yetirin və bilin ki, müqabilində sizi mükafat gözləyir.

11. Dəyişmə qanunu
Həyat bizim üçün bəzən elə situasiyalar hazırlayır ki, məhz onun sayəsində inkişaf edir və müdrik oluruq. Çalışın ki, onlardan dərs çıxara və maksimum faydalana biləsiniz. Zamanla hər şey axır və hər şey dəyişir.

12. Ruhlandırma qanunu
İnsan layiq olduqlarını qazanır. Sevgi ilə görünlən hər bir iş bizi həmişə ruhlandırır və həyat eşqini gücləndirir.
Baxış sayı: 294