Ana Sayfa > Mədəniyyət > Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirildi
Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirildi12-10-2022, 15:18. Yazar: ailehekimiklinikasi |
Bəstəkar, Əməkdar incəsənət xadimi Ruhəngiz Qasımovanın cənazəsi Honkonqdan Bakıya gətirilib. Bu barədə APA-ya bəstəkarın qızı Canana Süleymanlı məlumat verib. Qeyd edək ki, onunla vida mərasimi bu gün 13:00-dan 16:00-dək Təzəpir məscidində olacaq. Ruhəngiz Qasımova Yasamal qəbiristanlığındakı ailə məzarlığında dəfn ediləcək. Xatırladaq ki, Ruhəngiz Qasımova oktyabrın 9-da Honkonqda böyrək çatışmazlığından vəfat edib. Geri dön |