Yeni il yaxınlaşır, artıq əksər ailələr bayramı qeyd etmək üçün hazırlıqları bitirirlər. Maddi imkanı yüksək olanlar daha təmtəraqlı bayram keçirmək üçün bahalı restoran və əyləncə mərkəzlərini seçsə də, əksəriyyət həmişə olduğu kimi gələn ili evində qarşılayacaq.
Bayramı evdə, ailənizlə birlikdə qeyd etmək qərarına gəlmisinizsə, "Yeni İl” menyusunu diqqətlə nəzərdən keçirməyiniz məsləhətdir. Çünki məhsulların qiymətləri hər il dəyişir. Bu halda qənaət və ya nədənsə imtina etmək mütləq olur.
Qiymətləndirmə üçün, biz orta büdcəyə malik ailənin ənənəvi bayram masasını bəzəyən "Yeni İl” menyusunu hazırladıq.
Məsələn, bayranmların əvəzolunmazı sayılan "Paytaxt salatı”
Paytaxt salatını hazırlamaq üçün xiyar turşusu, xama, yaşıl noxud, yumurta, kartof, kök, maynez, kolbasa lazım olur ki, bunların da ümumilikdə qiyməti 17-18 manat arasındadır.
Əgər plov bişirmək istəsəniz, sizə əsas düyü və tuyuq lazım olacaq ki, bunlar da ümumilikdə 7-8 manata başa gələcək. Bayram süfrəsinin "Plov”-un və "Paytaxt salatın”-ı süfrənizdə görmək üçün, 24-25 manatınızdan keçməli olursunuz.
Eyni zamanda desert və meyvə də süfrənizə qoymalı olacaqsınız ki, bunların da yerli bazarlarda qiymətləri heç də ürəkaçan deyil. Süfrəyə qoyulan meyvələrin qiyməti orta hesabla 10-12 manat arasında dəyişir (alma 1- 2,5 manat, armud 1,5-3 manat, narıngi (2-3 manat), xurma 2 manat, üzüm 2,5-3 manat, nar 2,5-4 manat)
Ümumilikdə 4 nəfərlik ailə bayram süfrəsinin əvəzolunmaz bir neçə neməti üçün ən azı 40-50 manatından keçməlidir. Bura şirniyyat, ləpə və s də əlavə etsək, xərclər böyüyür.
Bayrama isə, bir neçə saat qalıb, hələ də bayram hazırlıqlarını davam etdirən ailələr varsa, bizim hazırladığımız bu kiçik menyudan istifadə edə bilərlər.