Xəbərlər



Yasin və ya dua oxuyarkən, vacib iş çıxsa yarımçıq saxlamaq olarmı?
Yasin və ya dua oxuyarkən, vacib iş çıxsa yarımçıq saxlamaq olarmı?

Əgər iş zəruri deyilsə, Quran oxumağı və duanı yarımçıq kəsmək məsləhət deyil. Amma əgər bu vacibdirsə, günahı yoxdur. İşi görüb qurtarandan sonra Quran surəsini və ya duanı həmin yerdən davam etdirmək olar, təzədən başlamağa ehtiyac yoxdur. Quran oxumağa davam edərkən əvvəldə "Əuzu billahi minəş-şeytanir-rəcim" deyib, ardınca "Bismillahir-Rəhmanir-Rəhim" söyləmək, sonra qiraətə davam etmək savabdır. Duanı yarımçıq yerdən davam etdirərkən "Bismillahir-Rəhmanir-Rəhim" demək kifayətdir.(milli.az)
Baxış sayı: 101