Bəzən həyatınızda bütün tərsliklər sanki sizi tapır. Mənfi auradan, işlərinizin düz getməməyindən, heç nəyin siz istəyən kimi olmamağından əziyyət çəkirsiniz. Ancaq bəzən özünüz də bilmirsiniz ki, bütün bunlara səbəb evinizdə saxladığınız lazımsız əşyalardır.
Evinizdəki 7 lazımsız əşyanı təqdim edirik:
Hədiyyələr və suvenirlər
Söhbət müxtəlif qurudulmuş çiçəklər, ölmüş heyvanların müqəvvası, hətta balıqqulağı. Əgər siz təbii gülləri sevirsinizsə, onların solmamasına diqqət edin. Balıqqulaqlarının vaxtaşırı təmizlənməsi lazımdır. Bu, pis auranın yaratdığı problemlərdən qaçmaq üçündür.
Əskilər
Əski etmək üçün evdə lazımsız parçalar saxlamayın. Bütün marketlərdə çox ucuz qiymətə satılır onsuz da...Köhnə yataq dəstlərini, pərdələri, adyalları dərhal atın.
Köhnə paltarlar
Əgər siz köhnə geyiminizi ata bilmirsinizsə, onu xeyriyyə məqsədilə kiməsə verin. Geymədiyiniz paltarı saxlamayın.
Sınmış qab-qaşıq
Onlar müdafiədə zədələnməni simvolizə edir. Ona görə də diqqət etmək lazımdır ki, güzgü, qab və digər sınan əşyalar bütöv olsun!
3 ildən artıq işlətmədiyiniz bütün əşyalar
Onlar durğunluq enerjisi toplayırlar. Ona görə də sizin ətrafınızda demək olar ki, hər şey dayanır. İstifadə etməyəcəyiniz əşyaları saxlamayın.
Tayı olmayan əşyalar
Əgər sizdə eyvanda nə zamansa xoşladığınız, indi tayının olmadığı tək bir xizək və ya krossovka varsa hər şey tamamdır. Onu zibilliyə atmaq lazımdır, yoxsa problemdən xilas ola bilməyəcəksiniz.
Dayanmış saatlar
Bu, çox pis əlamətdir. Ona görə də çalışın ki, evinizdəki bütün saatlar işləsin. Yox, əgər onları düzəltmək mümkün deyilsə atın getsin.(ednews.net.az)