Xəbərlər



Dünyanın ən dindar ölkələrinin SİYAHISI AÇIQLANDI - Azərbaycan varmı?
Dünyanın ən dindar ölkələrinin SİYAHISI AÇIQLANDI - Azərbaycan varmı?

“Barem və “WIN/ Gallup International” dünya miqyasında ən çox dinlə məşğul olan insanların yaşadığı ölkələrin siyahısını açıqlayıb.

Ailehekimiklinikasi.az publika.az-a istinadən xəbər verir ki, araşdırmada 66 mindən çox insan iştirak edib.

Sorğu zamanı həmçinin, dinə inamsızlıq və ateizmlə bağlı suallar da verilib.

67 ölkənin yer aldığı siyahıda Azərbaycan 53-cü yerdə qərarlaşıb.

Ölkəmizdə dindar insanların sayı 35% təşkil edir. Dindar olmadığını deyənlər isə 64%, atezim isə 0%-dir.

Siyahının ilk 10 pilləsində qərarlaşan ölkələri təqdim edirik:

10. Fici adaları

Dindar: 92%

Dinsiz: 6%

Ateist: 2%

9. Ermənistan

Dindar: 92%

Dinsiz: 4%

Ateist: 2%

8. Pakistan

Dindar: 93%

Dinsiz: 5%

Ateist: 1%

7. Kosova

Dindar: 94%

Dinsiz: 3%

Ateist: 0%

6. Fildişi Sahilləri

Dindar: 94%

Dinsiz: 6%

Ateist: 0%

5. Yeni Qvineya

Dindar: 94%

Dinsiz: 5%

Ateist: 0%

4. Hindistan

Dindar: 94%

Dinsiz: 3%

Ateist: 2%

3. Qana

Dindar: 94%

Dinsiz: 1%

Ateist: 0%

2. Nigeriya

Dindar: 97%

Dinsiz: 2%

Ateist: 0%

1.Tailand

Dindar: 98%

Dinsiz: 1%

Ateist: 1%
Baxış sayı: 126