İlk növbədə onu qeyd edək ki, “akva”-su, “faba”-noxud deməkdir! Noxud suyunun möhtəşəm qabiliyyətləri demək olar ki, təzəlikcə-2014-cü ildə Fransada aşkarlandı. Reseptlərdə yumurtaya bitki əsaslı akvafaba kimi əvəzləyici tapıldıqdan sonra, müəyyən səbəblərdən (müalicə pəhrizi, allergiya və s.) qida rasionlarında illərcə yumurta olmayanların sevinc hissinin həddi-hüdudu olmadı. Müəyyən olunmuşdur ki, həmişə yararsız bir məhlul kimi kənara atılan noxudun bişirildiyi su çırpıldıqda yumurta ağı kimi qatı, ağ köpüklü maddə əmələ gətirir. Ailehekimiklinikasi.az vib.az-a istinadən xəbər verir ki, Akvafaba aşkar olunduğu zamandan etibarən yumurta tələb edən çoxsaylı reseptlərdə-latte, mayonez, dondurma, bize və daha nələrdə yumurtanın layiqli əvəzləyicisinə çevrildi. Sözsüz ki, akvafaba yumurtaya allergiyası olanlar üçün bir çıxış yoluna çevrilsə də, sağlam insanlara yumurtanın verdiyi faydalara malik deyil. Bu səbəbdən yumurtanın akvafaba ilə tamamilə əvəz edilməsi ifrata varmaqdır.
İlk növbədə qeyd edək ki, istənilən ərzağın halında olduğu kimi akvafabaya da müxtəlif insanlar müxtəlif reaksiya verə bilər. Bəzilərində noxuda olan həssaslıq qazlılıq və köplə özünü göstərdiyi kimi, akvafabanın qəbulunda eyni cür halları müşahidə etmək mümkündür.
Hamilələrin akvafabadan və onun əsasında bişirilənlərdən istifadəsində bir qədər diqqətli və miqdara nəzarət etməkləri tövsiyə olunur.
Əlbəttə hər bir ərzaqla olduğu kimi akvafaba ilə ifrata varmağa dəyməz. Lakin yumurtaya allergiyası olan ailələrin rasionunda ara-sıra istifadəsi yerinə düşə bilər. Aşağıda göstərildiyi kimi solda çırpılmış akvafaba, sağ da isə adət etidyimiz yumurta ağının çırpılmış halıdır. Xarici görünüşünə görə heç bir fərq hiss olunmasa da, akvafabanın məlum səbəblərdən dadında noxud tamı sezilir.
Akvafabadan istifadə zamanı nələr nəzərə alınmalıdır?
Akvafaba hazırlanacaq noxudlar bişirilməmişdən öncə uzunmüddətli islaqda saxlanılmalıdır. Bu noxudun həzmini asanlaşmasına və rahat bişməsinə yardım edəcəkdir.
Noxudu bişirərkən üzərinə çıxan köpüyün yığılması məsləhətdir, belə ki, həmin köpüyün tərkibində zərərli maddələr aşkarlana bilir.
Konservləşdirilmiş noxudun suyundan istifadə qətiyyən tövsiyyə edilmir. Daha sağlam variant üçün evdə noxudun bişirilməsidir.
Akvafabanın qatı köpük verməsi üçün suyu həlim olana və rəngi açıq sarımtıl rəng alana qədər noxud uzun müddət bişirilməlidir.
Akvafabanın çırpılması yumurta ağı çırpılması kimi həyata keçirilməlidir.