Xəbərlər



Diabet və ürək xəstələri bu məhsulu müntəzəm yeməlidir
Diabet və ürək xəstələri bu məhsulu müntəzəm yeməlidir

Mərci çox faydalı və qiymətli qida məhsuludur.

Mərci A, B qrupu, PP vitaminləri, Omeqa-3 və Omeqa-6 yağlı turşuları, bir çox əvəzolunmaz aminturşuları, kalium, kalsium, maqnezium, fosfor, sinr, mis və bir çox digər minerallarla zəngindir.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, Quelf Universiteti (Kanada) alimləri mərcinin insan orqanizminə təsiri ilə bağlı xüsusi araşdırma aparıblar.

Alimlər belə nəticəyə gəliblər ki, mərcidən hazırlanmış yeməklər qanda xolesterinin səviyyəsini aşağı salır, arterial təzyiqi normada saxlamağa kömək edir. Alimlərin fikrinə görə, mərcinin müntəzəm istehlakı ürək-damar sistemini xəstəliklərindən qoruyur.

Həmçinin alimlər aşkar ediblər ki, mərci qanda şəkərin səviyyəsini də aşağı salır. Bildiyimiz kimi, yüksək şəkər ürək və damarların ilk düşmənidir.

Mərci triptofan aminturşusu ilə zəngindir. Bu aminturşusu orqanizmdə "xoşbəxtlik hormonu" kimi tanınan serotoninin istehsalını artırır və bununla da depressiyadan qoruyur.
Baxış sayı: 277