Xəbərlər



Aşiq olduğunuz kişidə bu 5 xüsusiyyətdən biri varsa UZAQ DURUN
Aşiq olduğunuz kişidə bu 5 xüsusiyyətdən biri varsa UZAQ DURUN


Xoşbəxt münasibət üçün düzgün insanı seçmək lazımdır. Xüsusən də, qadınlar bu məsələlərdə diqqətli olmalıdır. Elə kişi var ki, qadınları xoşbəxt etmək üçün əlindən gələni edir, ancaq elələri də var ki, onlardan nə qədər uzaq qaçsanız, bir o qədər yaxşıdır. Bu cür kişilər eqoist rəftarları ilə sizi az qala dəli edə bilərlər.

Xanımlar, üzülməmək və sevgiyə inamınızı itirməmək üçün bu tip kişilərdən uzaq durmalısınız.

Savash.org münasibət qurmaqdan qaçmalı olduğunuz kişilərin xüsusiyyətlərini təqdim edir.

EQOLU OLANLAR

Yalnız özünü düşünən və sizə çox da maraq göstərməyən bir insanla birlikdəsinizsə, heç cür xoşbəxt ola bilməyəcəksiniz. Davamlı olaraq özünün dünyanın ən möhtəşəm adamı olduğunu düşünür və ya özünü hər şeydən üstün hesab edirsə, bu adamla münasibətinizi yenidən nəzərdən keçirin.

YALAN DANIŞANLAR

Sevgi münasibətlərində inam və etibar xüsusilə vacib amillərdir. Əgər həyatınızdakı kişi çox yalan danışırsa, bu sizin inamınızın və etibarınızın tezliklə sarsılmasına səbəb olacaq. Bu kişilər çox vaxt vədlərinə əməl etmirlər. Yalançı biri ilə münasibəti davam etdirmək sizə təkcə ona qarşı yox, başqalarına qarşı da inamsızlıq qazandıracaq.

HƏR ŞEYƏ SƏTHİ YANAŞANLAR

Qadın kişini sevəndə onunla gələcək xəyalları qurur, ailə qurmağı planlaşdırır və kişidən də eyni addımı gözləyir. Ancaq bəzi kişilər gələcək haqqında danışmağı sevmirlər. Onlar münasibətə səthi yanaşırlar. Belə kişilər sizi ailəsi və dostları ilə tanış etməyi düşünmür, bunu heç ağlına belə gətirmir. Bu da o deməkdir ki, onlar sizinlə münasibətə ciddi yanaşmır, sizinlə ortaq gələcək düşünmür. Belə insanlardan uzaq durmağınız məsləhətdir.

YALNIZ ÖZLƏRİ İSTƏDİKLƏRİ ZAMAN GÖRÜŞƏNLƏR

Sevgililər üçün görüşüb zaman keçirmək hər zaman xoş olur. Lakin bəzi kişilər yalnız özləri istədikləri zaman görüşməyə üstünlük verirlər, qadınların istək və duyğularını diqqətə almırlar.Öz istədiyi və ya kefi olmayanda görüşmək istəyən kişilərin öncəliyi qətiyyən siz deyilsiniz. Onlara yalnız öz istəkləri və öz əhvalları maraqlıdır. Belə kişilərlə davamlı münasibət qurmaq qətiyyən mümkün deyil.

HƏR ETDİYİNİZƏ NƏZARƏT ETMƏYƏ ÇALIŞANLAR

Nə geyinəcəyinizdən tutmuş, nəyi necə edəcəyinizə qədər təkidlə sizi yönləndirməyə çalışan bir insanla ömür keçirmək sizin üçün işgəncə ola bilər. Bu tip kişilər hökmranlıq etmək xəstəliyinə tutulublar. Onlar üçün sizin nə düşündüyünüzün, nəyi sevib, nəyi sevmədiyinizin heç bir önəmi yoxdur, onlar sadəcə olaraq idarə etməyi sevirlər. Bu da sizin həm münasibətinizi, həm də həyatınızı zəhərləyir. Sizi manipulyasiya etməyi sevən, qısqanc, şübhəçi insanlar əsasən, etibarsız insanlardır. Onlardan nə qədər uzaq dursanız, sizin üçün bir o qədər yaxşıdır.
Baxış sayı: 8 142