Xəbərlər



C vitamininin faydaları
Vitamin C...
C vitaminin (askorbin turşusu) insana lazım olan gündəlik dozası digər vitaminlərlə müqayisədə daha yüksəkdir.
C vitamini insan orqanizmin normal fəaliyyəti üçün çox vacibdir. Ümumillikdə bu vitamin orqanizmdə gedən 300-dən artıq bioloji proseslərdə iştirak edir:
- zülallar, yağlar, karbohidratların mübadilə proseslərini normallaşdırır;
- foil turşusu və dəmir mikroelementin mübadiləsində iştirak edir;
- kalsium, dəmir kimi vacib mikroelementlərin mənimsənilməsinə kömək edir;
- immun sistemi hüceyrələrin (anticismlər, leykositlər) əmələ gəlməsini stimullaşdırır. Virus və xərçəng əleyhinə təsiri olan interferon maddəsinin əmələ gəlməsində iştirak edir. İmmuniteti möhkəmləndirir. Orqanizmin infeksiyalar və allergenlərə qarşı olan davamlılığını artırır.
- kollagen zülalın sintezində iştirak edir. Bu zülal orqanizmdə ən tez-tez təsadüf edilən birləşdirici toxumasını əmələ gətirir;
- yaraların tez sağalmasına kömək edir;
- orqanizmi sərbəst radilkalların təsirindən qoruyur, qocalma prosesləri ləngidir;
- böyrəküstü vəzi hormonların sintezində iştrirak edir;
- qanda şəkərin səviyyəsini aşağı salır, xolesterinin səviyyəsini normallaşdırır, qanın qırmızı hüceyrələrin yaranmasını stimullaşdırır, qanın laxtalanma proseslərini tənzimləyir, damarların və kapilyarların divarlarını möhkəmləndirir;
- müxtəlif xəstəliklərin profilaktikasına xidmət edir (ürək-damar, şiş xəstəlikləri və s.). Bir çox tədqiqatlar C vitaminin yoğun bağırsağın, qida borusunun, sidik kisəsinin, endometriumun (uşaqlığın daxili qatı) və bəzi digər orqanların xərçəng xəstəliyinin profilaktikasında böyük rol oynayır.
[b][/b]
C vitamininin faydaları
Baxış sayı: 221