Xəbərlər



Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?
Yunan hərfləri bitəndən sonra mutasiyalar necə adlanacaq?


Hazırda koronavirus mutasiyaları yunan əlifbası ilə sıralanır, hər yeni mutasiya çıxanda növbəti hərfin adından istifadə edilir. Bəs, görəsən yunan hərfləri bitəndən sonra yeni mutasiyalar necə adlanacaq?

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə "Danışır Moskva" radiosuna açıqlama verən ÜST-nin Rusiyadakı rəsmi nümayəndəsi Melita Vuynoviç mutasiyaların yunan hərfləri ilə adlandırılmasının 2021-ci ilin mayından başladığını bildirib.

"Bundan sonra onların necə adlandırılması məsələsinə isə ÜST-nin ekspertlərinin ümumi rəyindən sonra qərar veriləcək", - deyə o qeyd edib.

Qeyd edilib ki, hazırda ən çox yayılan "delta" və "omikron" ştamlarıdır. Bu 2 hərfin arasında "nyu" və "ksi" hərfləri buraxılıb. Nyu ingiliscə "yeni" mənasını verdiyi üçün istifadə olunmayıb, "ksi" isə çinlilərin Xi soyadına bənzədiyi və anti-Çin təəssüratı yarada biləcəyi üçün mutasiya adı daşımaq şərəfindən məhrum edilib.
Baxış sayı: 139