Xəbərlər



Bu qidalar sizi XƏRÇƏNGDƏN QORUYACAQ - SİYAHI
Bu qidalar sizi XƏRÇƏNGDƏN QORUYACAQ - SİYAHI


Xərçəng xəstəliyi üçün xeyirli olan məhsulların adları açıqlanıb.

Saglamolun.az olke.az-a istinadla xəbər verir ki, səhər yeməyi, nahar və şam yeməyi zamanı yediyiniz qidalarla onkoloji xəstəliklərin qarşısını almaq mümkündür.

Almanın tərkibində olan polifenolun şişlərə qarşı qoruma xüsusiyyətləri var. Bitki mənşəli bu maddə iltihabın, ürək-damar xəstəliklərinin və infeksiyaların qarşısını ala bilər.

Bundan başqa zərərli hüceyrələrin böyüməsini azaldan və bağırsaq şişlərini məhv edən brokoli, gül kələm və kələm də xərçəng əleyhinə güclü təsir göstərir. Sağlam qidaların siyahısına yerkökü də daxildir. Tərkibindəki beta-karoten immun sistemi üçün çox faydalıdır.

Balıq yağı və qoz-fındıq da onkologiyanın düşmənidir.

Paxlalar və təbii qəhvə də qoruyucu funksiyalara malikdir. Həmçini qəhvə sizi qaraciyər xərçəngindən qoruyacaq.

Nəhayət, pomidor tərkibindəki yüksək antioksidantlara görə, sizi xərçəngdən sığortalaya bilər. Alimlər qaynadılmış pomidor məhsullarının prostat xərçənginin qarşısını almaq üçün əla bir yol olduğunu da açıqlayıblar.
Baxış sayı: 36