Xəbərlər



Virusdan qoruyan möcüzəvi BİTKİ
Virusdan qoruyan möcüzəvi BİTKİ


Həm toz halında, həm də kök halda istifadə olunan möcüzəvi bitki olan zəncəfil orqanizmi viruslara qarşı müdafiə edir.

Milli.Az xəbər verir ki, xüsusilə xəstəlik dövrlərində tələbatın daha çox olduğu zəncəfil həzm sisteminə, nəfəs yollarına, ifeksiyalara qarşı faydalı olması ilə yanaşı təbii ağrı kəsici vasitədir. Zənzəfil mədə və bağırsağı bakteriyalardan təmizləyərək, orqanların yaxşı işləməsinə yardım edir. Eyni zamanda xolesterolu aşağı salır. Uzun müddətli istifadəsi zamanı idmançıların əzələ ağrılarını azaltmaqda faydalı olduğu ilə bağlı araşdırmalar var. Zəncəfil limonla birlikdə istifadə olunduqda piy əriməsinə yardım edərək, artıq çəkini azaldır.

Bu hallarda zəncəfilin istifadəsi məsləhət görülmür.

2 yaşından aşağı uşaqlara vermək məsləhətli deyil.

Qanı durultmaq xüsusiyyətinə sahib olduğu üçün əməliyyat olunacaq şəxslər istifadə etməməlidirlər. Eyni zamanda qan duruldan dərman vasitəsi ilə birlikdə istifadəsi qadağandır.

Hamilə qadınlar yalnız həkim məsləhəti ilə bu bitkidən istifadə edə bilərlər. (ölkə.az)
Baxış sayı: 187