Xəbərlər



İnsult və xərçəngdən xilas edən TƏRƏVƏZ
İnsult və xərçəngdən xilas edən TƏRƏVƏZ



London Kral Kolecinin alimləri belə hesab edirlər ki, brokkoli kələminin tərkibində olan spesifik maddə "sulforafan" insultun qarşısını alır.

Saglamolun.az xarici KİV-lərə istinadla xəbər verir ki, alimlər hətta brokkolidən dərman hazırlamaq niyyətindədir. Alimlərin fikrinə görə, bu dərman insultun orqanizmə olan mənfi təsirini xeyli azaldacaq ki, nəticədə ildə 40 mindən artıq insan həyatını xilas etmək mümkün olacaq.

Bundan əvvəl aparılmış araşdırmalar göstərib ki, sulforafan ürək-damar sistemi xəstəliklərinin qarşısını alır, xərçəng əleyhinə və antibakterial təsirə malikdir.

Sulforafan orqanizmin antioksidant sisteminin fəaliyyətini stimullaşdırır ki, bu sistem toxuma və hüceyrələri zədələmələrdən qoruyur.

Sulforafan həmçinin brüssel kələmi və adi ağ kələmdə də var.
Baxış sayı: 80