Xəbərlər



Cavan qızın yuxuda firuzə daşını görməsi nə anlama gəlir? - Firəngiz Rüstəmova
Cavan qızın yuxuda firuzə daşını görməsi nə anlama gəlir? - Firəngiz Rüstəmova


Firuzə-Turkuvaz daşı da adlanır. Daş adını fransızca-dan “Pierre Turquoise” sözündən almışdır və “Türk Daşı” anlamına gəlir. İlk firuzələr Türkiyə mənşəli olub, buradan Avropaya çatdırılmışdır və ya aparılmışdır.

Firuzə: bu daş ürək xəstəlikləri, təzyiq və həzmlə bağlı problemlərdə daha təsirlidir. Sədaqət, dostluq və sevgini təmsil edir. Xüsusilə qadınlarda cinsi cazibəni artırır və sakitləşdirici təsirə malikdir.

Firuzə – yuxuyozmalarda da önəmli yer tutur. Məsələn, adaxlılar üçün bu bahalı daşı yuxuda görmək gələcək xoşbəxt həyatdan xəbər verir. Cavan qızın yuxuda firuzə görməsi – ərinin onu çox istədiyinə yozulur.

Qədim adətlər üzrə uşaqların çiyinlərinə müxtəlif muncuqlar asardılar. Məs., bir göz muncuğu ki, qara rəngli olardı. Kavar muncuğu ki, yaşıl rəngdə olardı, sarılıq muncuğu ki, sarı rəngli olardı. Qanlı babaqulu muncuğu ki, iki rəngli qırmızı, boz olardı.

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından

Cavan qızın yuxuda firuzə daşını görməsi nə anlama gəlir? - Firəngiz Rüstəmova
Baxış sayı: 112