Xəbərlər



Məryəm ana Yusif və körpə İsa ilə Misirə gedərkən hansı çiçəyi pul yerinə işlətmişdi?
Məryəm ana Yusif və körpə İsa ilə Misirə gedərkən hansı çiçəyi pul yerinə işlətmişdi?



- Gülümbaharı astrologiyada şir bürcü ilə əlaqələndirirlər;
- Almanlar bu çiçəyə monax başı deyir. Bu çiçəyin elmi adı Tagetesdir. Etrusk müdriklik tanrısının Tagesin adından götürülüb;
- Əfsanəyə görə, Məryəm ana Yusif və körpə İsa ilə Misirə gedərkən bu çiçəkləri pul yerinə işlətmişdi. Oğrular onun çantasını oğurlayıb içərisini yoxlayarkən pul yerinə gülümbahar çiçəkləri tapmışdılar;
- Dahi Şekspir “Qış nağılı” tamaşasında gülümbahar çiçəyini xatırıayıb;
- Vall mədəniyyətində bu çiçəklər hava dəyişkənliyini öncədən söyləməyə kömək edərdi. Belə ki, səhər sübhdən çiçəklər açmadısa yağmurlu hava olmasının əlaməti hesab edilərdi;
- Qədim folklor təsdiq edir ki, evə dibçəkdə saxlanılan gülümbahar çiçəkləri cütlüklərin münasibətini yaxşılaşdırır, ailədə xoşbəxt mühit yaradır;
- Gülümbahar çiçəkləri sarı-qızılı rənginə görə günəşin müsbət enerjisi ilə əlaqələndirilir, yaradıcılıq və çılğınlıqlığı simvolizə edir;
- Gülümbahar Asteklərin müqəddəs çiçəyi idi. Bu çiçəkdən bir çox dini mərasimlərdə dərman vasitəsi kimi istifadə edərdilər. Həm də asteklər inanırdılar ki, bu çiçək insanları şimşək və ildırımdan qoruyur, hıçqırmaya yardım edir;
- Meksika ənənələrində isə gülümbahar çiçəyi “Dia de los Muertos” və ya “Ölü günü” deyilən bir noyabr günündə qəbir üstə qoyardılar. Onlar inanırdılar ki, çiçəklərin gözəl ətri ölüləri cəlb edir və ölülərə bu dünyaya gələ bilmək üçün yol tapa bilməyə yardım edir. Eyni zamanda, Meksikada gülümbahar çiçəklərini toyuq yemlərinə qatırlar. Çiçək qatılmış yemlə qidalanan toyuqların yumurtasının sarısının, ətinin rəngi gözəl olur;
- Hindistanda da bu çiçək çox becərilir və festivallarda, toy mərasimlərində avtomobilləri, evləri və özlərini bəzəyir;
- Gülümbahar yeməli olduğuna görə kasıbın zəfəranı da adlanır;
- Yarpaqları ziyilləri sağaldır;
- Gülümbahar parçaların boyanmasında da işlədilir.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından


Məryəm ana Yusif və körpə İsa ilə Misirə gedərkən hansı çiçəyi pul yerinə işlətmişdi?
Baxış sayı: 153