Xəbərlər



Dünyanın harmoniyası necə FORMALAŞIB?
Dünyanın harmoniyası necə FORMALAŞIB?



Sferaların və dünyanın harmoniyası- Yunan dilində ἁρμονία ἐν κόσμῳ, ἡ τοῦ παντὸς ἁρμον-ία; Latın dilində harmonia mundi, harmonia universitatis, harmonia caelestis, Dünya musiqisi Latın dilində musica mundana— antik və orta əsrlərdə Pifaqorun, Platonun fəlsəfi ənənələrinə xarakterik olaraq kosmosun musiqili-riyazi quruluşu tədris edilirdi.
Sferaların harmoniyasının izahını Aristotel belə verirdi:
Göy cisimlərinin hərəkəti harmoniya/ἁρμονίαν doğurur, onların arasında olan məsafədən asılı olaraq bu hərəkət nəticəsində ahəngdar səslər yaranaraq/σύμφωνοι ψόφοι konso-nans/τοὺς τ ῶν συμφωνιῶν λόγους müxtəlif tezliklərdə ifadə olunur.
“İslam öncəsi Əski Türklər dönəmində sözlü gələnəyin icracıları; dini, sehrli, büyülü və mistik tiplər olaraq qəbul edilən Şaman, qam və baksı deyilən tiplərdir. Bu tiplər, pek çox fərqli vəzifəni ifa etmələrinin yanında, eyni zamanda Türk musiqisinin də ən əski təmsilçiləri olaraq görülür”.
Köprülü “Türk ədəbiyyatı tarixi” adlı əsərində ən əski Türk şairləri Tonguzların “ġaman”, Altay Türklərinin “Kam”, Yakutların "Oyun", Qırğızların “Bahşı”, Oğuzların “Ozan” dedikləri “saahir-şair”lərdir deyərək onların “sehirbazlıq, rəqqaslıq, musiqişünaslıq, həkimlik, şairlik” kimi bir çox ixtisaslara sahib olmalarından söz edər.
Geniş anlamda Şaman deyilən bu mistik tiplər XIII əsrə qədər, “musiqi, şeir və rəqs”dən oluşan üçlü birliktəliyi törənlərində hər zaman istifadə etməyə davam etmişlər. Ancaq bu icra ediliş, müzikal anlamda olduqca ilkəl bir səviyyədədir. Bu dönəmdə üçlü birliktəliyin icrasında önəmli olan və önə çıxarılan ünsür daha çox “ritm” ünsürüdür.
Ritualın mərkəzində rəqsin olması “ritm” ünsürünü önəmli hala gətirmişdir. İnsan həyatının önəmli keçid dönəmlərində vazkeçilməz rollara malik olan Şamanlar, düzənlədikləri çeşidli rituallar ilə ata ruhlarına və göy üzündəki tanrılara qurbanlar təqdim etmək, ölülərin ruhlarını gedəcəkləri yerlərə götürmək; büyü və sehir yaparaq tədavidə bulunmaq, daxili ısıyla/enerjiylə sırra ermək, insanları ziyankar ruhların zərərlərindən qorumaq, fala baxıb kəhanətdə bulunmaq, xəstəlikləri tədavi etmək kimi bir çox vəzifəni də yerinə yetirən kimsələr idi, hətta dini və rəsmî mərasimləri idarə etmək kimi sosial və kültürəl vəzifələri də bu vardı.
Şamanlar bütün bu vəzifələrinin icrası əsnasında şeiri, musiqini və özəlliklə də rəqsi hər zaman bir arada ifa etmişlər.

Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Dünyanın harmoniyası necə FORMALAŞIB?
Baxış sayı: 50