Xəbərlər



Nefertiti və Kleopatra gözəllik üçün hansı bitkidən istifadə edirdilər?
Nefertiti və Kleopatra gözəllik üçün hansı bitkidən istifadə edirdilər?


E.ə. XIV əsrdə çariça Nefertitinin, çariça Kleopatranın aloyedən gəncləşdirici kosmetik vasitə kimi istifadə etməsi haqqında məlumatlar bu günümüzə qədər gəlib çatmışdır.
Aloyenin müalicəvi xüsusiyyətləri Persiya, Misir, Hindistan, Yunan və Roma kimi qədim mədəniyyətlərə məlum idi. Yaxın Şərqdə aloye budağı uzunömürlülüyün rəmzi kimi evin giriş qapısının üstündən asılardı.
Orta əsrlərdə aloyenin bakterisid təsiri insanlara məlum idi və onun qurudulmuş şirəsindən yara sağaldıcı vasitə kimi geniş şəkildə istifadə edilərdi. Kanar adalarında yabanı forma-da bitən Aloe vera L. və ya А. barbadensis Mill. ənənəvi müa-licə vasitəsi kimi işlədilirdi. Xristofor Kolumb bu bitkini Kanar adalarından Yeni Dünyaya/ Amerikaya aparmışdır.
1500-1600-cü illərdə ispanlar tərəfindən Amerikaya aparı-lan aloye bitkisi, Mərkəzi və Cənubi Amerika regionlarında katolik kilsələrin ətrafında əkilib becərilərdi və universal müalicə vasitəsi kimi işlədilərdi.
Bu gün də əfsanəvi bitki olan aloyedən alınan preparatlar çox böyük populyarlıqla istifadə edilir. 2009-cu ilin mart ayında 80 istehsalçı firmanın aloyedən alınan, 500-dən artıq müalicəvi və kosmetik vasitələri qeydiyyatdan keçmişdir.
Aloye yunan d. aloe adlanır və Afrikada yetişən, zanbaq-kimilər ailəsinə aid olan, bizim iqlimdə isə dibçək və dekora-tiv bitkidir (bot).
Bu bitkiyə Dioskorid, Pliniy, Qalen, hətta filosof Aristotel də yüksək dəyər vermişdir və öz traktatlarında bu şəfaverici bitki haqqında yazmışlar.
Qədim Assuriyada belə hesab edirdilər ki, evin qapısından asılmış aloye, oranı çətinlikdən qoruyar, evdə yaşayan insanla-rı isə qayğısız bir həyatla təmin edər.
Hindular inanırdılar ki, bu bitkidə tanrıça yaşayır, əgər ona dualar edilərsə, qurbanlar aparılarsa əvəzində insanlara sağlamlıq və zənginlik bəxş edər.
Meksikada müvəffəqiyyət gətirdiyinə inanıldığına görə, yeni evlənənlərə aloye çiçəklərindən yığılmış çələng verərlər. Çələngi isə atmaq olmazdı, yalnız yerə basdırmaq lazım gəlir-di. Nə qədər ki, birki yaşayardı - ailədə də sevginin yaşadığı-na, toy çələngi olan aloye neçə ədəd zoğ verərdisə ailədə o sayda uşaq olacağına inanırdılar.
Tarixi məlumatlara görə, Makedoniyalı İskəndərin Sikotra adasına uğurlu yürüşü məhz aloye bitkisinə görə baş vermiş-dir. Böyük İskəndər aloye bitkisinin şəfaverici xüsusiyyətləri haqqında məlumatlı idi və bu bitkini əldə etmək döyüşdə yara-lanmış əsgərlərin yaralarını sağaltmaq üçün vacib idi.

Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından

Nefertiti və Kleopatra gözəllik üçün hansı bitkidən istifadə edirdilər?
Baxış sayı: 58