Xəbərlər



Qədim zamanlarda gəlinləri niyə yemişan çiçəkləri bəzəyərdilər?
Qədim zamanlarda gəlinləri niyə yemişan çiçəkləri bəzəyərdilər?


Yemişan latın d. Crataegus adlanır, 400 ilə qədər ömrü və adının mənası möhkəmliklə bağlı olan bu ağac gülçiçəkimilər fəsiləsinə aid bitki növüdür.
Yemişan Yunan və Roma mifologiyasında nigah tanrısı Himeney ilə əlaqələndirilir. Himeney - Dionis ilə Afroditanın oğludur. Əlində məşəl olan, çiçəklərlə bəzədilmiş çılpaq bir gənc kimi təsvir edilir.
Digər bir əfsanəyə görə isə, Himeney Apollon və Kallio-panın oğludur. Olimpdə heç bir nigah şənliyi, təntənəsi onun himnləri oxunmadan keçmirdi. İnanclara görə, bu gün belə Himeney gözə görünməsə də, bütün toy şənliklərində iştirak edir. Onun əlindəki məşəl gənclərin yolunu işıqlandırır, yemişandan hazırlanmış çələngi isə yeni evlənənlərə müvəffəqiyyət ümidi verir.
Yemişan kelt ənənələrində - qış və qaranlıq tanrısının ağacıdır, digər bir variantda isə həmin mövzu ilə əlaqəli olaraq Olvenin atası hesab edilir. Hansı ki, onun kiprikləri uzun oldu-ğundan çiyinlərinə düşürdü, ona görə də heç yanı görə bilmirdi (kipriklərini qaldırmadan görə bilmirdi). Yemişan ağacı may ayı ilə bağlantılı ritualla əlaqələndirilirdi ki, həmin ayda cinsi münasibətdən imtina ritualı var idi. Sonradan isə həmin ritual “may ağacı” ətrafında keçirilən ənənəvi orqiastik bayrama çevrildi.
Qədim Yunanıstanda yemişan budaqları Himeney altarında yandırılardı, çiçəkləri isə toy, nigah mərasimində gəlini bəzəyərdi. Xristian ənənələrində isə Məryəm ana ilə bağlıdır.
Yemişan ümidi simvolizə edir, çiçəkli təsviri isə baharın müjdəsi hesab edilir. Yunan miflərində nigah tanrısı Himeneyə həsr edilən yemişan Afinalı qızların başını bəzəyərdi.
Romalılar öz uşaqlarını pis ruhlardan qorumaq üçün, körpələrin beşiklərinə yemişan yarpaqları qoyardılar. VII Henrix öz emblemində yemişan təsviri həkk etdirmişdi və o, bu simvolu III Riçarddan (1485-ci ildə Bosfort savaşından sonra öz tacını yemişan kolunda gördükdən sonra) qəbul etmişdi.
Orta əsrlərdə İngiltərədə yemişan çiçəkləri ilə bəzədilmiş otaqda yatmağın evdə kiminsə ölümünə səbəb ola biləcəyinə inanılırdı.
Germanlar yemişan ağacı odunundan yas, traur ocağı yandırardılar və inanırdılar ki, bu ritual dünyasını dəyişənin ruhunun cənnətə getməsinə yardım edir.
Mayda çiçəkləyən yemişandan hazırlanmış çələng bakirəliyin işarəti idi. İnanclara görə, yemişanlıqda adətən ruhlar və feyalar/pərilər olardı, insanları cadugərlərdən qoruyardı.

[b]Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından[/b

Qədim zamanlarda gəlinləri niyə yemişan çiçəkləri bəzəyərdilər?
Baxış sayı: 165