Xəbərlər



Magiya nədir?
Magiya nədir?


Magiya – sözün qüdrəti ilə obyekti təsir altına salmaq üsullarının məcmusudur. Magiya ağ magiya və qara magiyaya bölünür. İlkin dövrlərdə magiyadan qədim insanlar təbiəti ram etmək vasitəsi kimi istifadə etmişlər. Müxtəlif ayinlərdə, rituallarda magiyadan yararlanaraq əfsun, sehr və caduların köməyi ilə ən vəhşi heyvanlar belə ram edilmişdir.
Şamanizm ibtidai dini dünyagörüş kimi həmişə diqqəti cəlb etmişdir. Şamançılığın monqol inancı olmasını əsas götürüb qədim türkün inancı kimi qəbul etməyənlər də vardır. Türk tədqiqatçıları göytürklərdə şamançılığın ibtidai dindən ziyadə, sehir və cadu kimi qəbul olunduğunu yazırlar.
Sehr və cadunun təbiəti ovsunlamaq vasitəsi olması şamançılığın ikinci dərəcəli vəzifəsidir. Onun əsas vəzifəsi ruhların köməyi ilə dünyanı idarə etməkdir. Ruh tutmaq şamançılıqda daha geniş yayılmışdır. Şamançılığı animizmin ən yük-sək 30 pilləsi də hesab edirlər. Şamanizm inanc toplusu deyil, öz qanun-qaydaları, vahid sistemi, öz ritualları, mif mətnləri ilə zəngin olan dünyagörüşüdür. Şaman ruhlarla əlaqədə olan-da halı dəyişir, bu zaman o, çağırdığı ruhun vəziyyətini hiss edərək, psixi yox, telepatik (telepatiya – uzaqdan hissetmə duyğusunun güclü olması – R.Əliyev) hallar keçirir. Şamanın türklərdə adı qamdır.
Dədə Qorqud qam vəzifəsini yerinə yetirir. Şamanların xəstə ruhları sağaltmaq vəzifəsinin olmasına əsasən, sonradan onların müəyyən üsullarla (xalq təbabəti və s.) xəstələri müali-cə etmə bacarığına malik olmaları düşünülmüşdür. Dastanda ana övladının nəinki tərbiyəçisi, qoruyucusudur, o, həm də öv-ladını ölümün pəncəsindən xilas edən şəfqətli bir təbibdir – Loğmandır.
Məsələn, “Kitabi Dədə Qorqud”da ana südü ilə dağ çiçəyinin yaraya məlhəm olması kimi faktın eposda qalması eposun inamı yaşada bilməsi dəlilini təsdiq edir. İnanclar aşağıdakı qaydada təsnif edilir: Məişət həyatı ilə bağlı inanclar. Belə inanclar xalqın gündəlik həyatında təcrübədən keçirdiyi, inandığı etiqadlardır. Məsələn, “Çörəyi bir əllə kəsməzlər”, “Ye-mək yeyəndə danışmazlar”, “Süfrəyə duz dağılanda dava düşər” kimi inanclar xalqın sınaqdan keçirdiyi, təsadüfi hadisələrin belə proseslərlə üst-üstə düşməsi nəticəsində formalaşmış-dır. Uğur və uğursuzluq kimi anlayışların da gündəlik həyatda təkrar olunan hadisələrlə bağlı olduğu aydındır. Məsələn, “Qabağına qara pişik çıxsa geri qayıt”, “Qozbel qarının üzü düşərli olmaz” kimi inanclar da həyatda baş verən təsadüflərin nəticəsində yaranmışdır.


Müəllif: Firəngiz Rüstəmova
"FOLK VƏ YA XALQ TƏBABƏTİ" kitabından


Magiya nədir?
Baxış sayı: 78