Babillilər inanırdılar ki, deltada yaşayanların xəstəlikləri bəd ruhların hücumu və ya sehrbazların, ifritələrin pis işləri ilə bağlıdır. Ona görə də müalicəvi vasitə ilə yanaşı xəstələrə dualar oxumaqla, rituallarla müşayiət edilirdi. Aşağıdakı şeirdə xəstəyə dərman verildikdən sonra hansısa ritualın icrasından söhbət açılır. Bu ritual pis ruhların və ya cadugərlərin vasitəsilə diş ağrılarının və qurdlarının yaranmasının qarşısını almaq vasitələrindən bəhs edir.
Anu səmaları yaratdıqdan sonra,
Səmalar yeri yaratdı,
Yer isə çayları doğdu,
Çaylar da kanalları yaratdı.
Sonra bataqlıqlar yarandı,
Hansı ki, orada qurdlar yaşayırdı.
O, Şamaşa ağlayaraq yaxınlaşdı,
Eanın qarşısında gözlərinin yaşını axıdaraq:
“Deyin mən nə yeyim?
Söyləyin ki, mən nə içim?”
Cavab:
Sənə yetişmiş əncir verim,
Həm də-ərik.
Sual:
Onlar mənə nə üçün gərəkdir,
Həm ərik, həm də əncir?
Sən söylə:
Məni alıb qaldır, dişlərin arasında
Və diş ətlərinin arasında oturmama
Izin ver!
Dişin qanını sorayım,
Və dişin ətlərini,
Dişin köklərini gəmirəyim!
Iynəyi batır və ayağından tut,
“Böyle söylədiyin üçün, Ey qurtçuq!
Ea səni vursun,
Öz qüdrətli əliylə”!Diş həkiminin təlimatlarından.
Maraqlıdır ki, bu gün belə, qədimdə olduğu kimi, pis ruhlardan qorunmaq üçün istər uşaq olsun, istər böyük adam, onun üstünə sancaq taxarlar, yastığının altına iynə, bıçaq kimi iti və dəmirdən olan əşyalar qoyarlar.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından