250- yə yaxın növü olan Vitex bitkisi isti və mülayim iqlimə malik olan ərazilərdə bitir. Adi ərkudə 4 metrəyə qədər hündürlükdə olur və İbrahim ağacı (V. agnus-castus) adlanır, Qafqaz dağlarının ətəyində bitir, C vitamini, efir yağları, flavanoidlərlə zəngin, gözəl ətiri dadlı meyvələri olan bu bitki ətirli istiot kimi də tanınır. Cövhərindən rəsmi olaraq tibbdə homeopatik müalicə kimi istifadə edilir. Ərkudənin dekorativ ağac forması da var ki, A və B qrup vitamini ilə zəngin, şirin qara gavalıya bənzər (V. cienkowskii) meyvələri vardır.
Ərkudə - latın dilində Vitex Agnus castus bitkisi qədim zamanlardan müalicəvi dərman bitkisi kimi məlumdur. Bu bit-ki Müqəddəs Vitex, İbrahim ağacı, Saf quzu, Saf, toxunulmayan qoyun, yabanı bibər, Monax bibəri və digər adlarla tanınır. Dəmləmələr və müxtəlif formalarda sinir sistemi, sonsuzluq, cinsi pozuntuları zamanı istifadə olunur. Qədimdə onun budaqlarını yatağın altına bel tərəfdən qoyarmışlar ki, polyusiyaların və müxtəlif cinsi xəstəliklərin qarşısını alsın, toz halına salınmış meyvəsini ərinmiş yağ ilə qatıb testislərin iltihabınınmüalicəsində istifadə edərmişlər.
Saf quzu, İbrahim ağacı, Vitex Agnus castus; Fələstin söyüdü, Salix babylonica/Babil söyüdü və digər adlarla tanı-nır.
Dodaqçiçəklilərə - Lamiaceae ailəsinə mənsub olan Ərkudə, Müqəddəs Vitex, İbrahim ağacı, Saf quzu, toxunulmayan quzu, yabanı bibər, Monax bibəri/Vitex Agnus-castus, “Müqəd-dəs ananın çarpayısının samanı” kimi adlarla tanınan bu mistik və eyni zamanda şəfaverici bitki lap qədimlərdən məlum idi ki, kişilərdə cinsi instinkti azaldır. Ona görə də orta insan ömrü qə-dər 55-62 il yaşayan Ərkudəyə məhz Müqəddəs, Saf, toxunul-mamış, iffətli, tərbiyəli quzu kimi adlar verilmişdir.
Müəllif: Firəngiz Rüstəmova
"TƏBABƏT VƏ MİFOLOGİYA: GÖRÜNƏN VƏ GÖRÜNMƏYƏN ƏLAQƏLƏR" kitabından