Ana Sayfa > Gözəllik və təbabət > 2 aya 8 kiloqram arıqladan detoks

2 aya 8 kiloqram arıqladan detoks


10-10-2021, 16:10. Yazar: ailehekimiklinikasi
2 aya 8 kiloqram arıqladan detoks


Detoks olaraq istehlak edilən cəfəri suyu artıq çəkidən qurtulmağa yardımçı olan təbii vasitədir.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, cəfəri detoksu ilə 2 ay boyunca qalıcı olaraq 8 kiloqram çəki atmaq mümkündür.

Cəfəri detoksunun hazırlanma qaydası

Tərkibi:

orta ölçülü 15-16 cəfəri sapı

2 yemək qaşığı limon suyu

yarım stəkan xlorsuz su

Mikserlə 1 dəqiqə qarışdırın. Qarışımı səhər təzə hazırlanmış şəkildə istehlak edin.

15 gün ərzində səhər yeməyindən 30 dəqiqə əvvəl 1 stəkan için. Daha sonra bir həftə ara verin. Bu dövrü 4 dəfə təkrarlayın. Uzun müddət tətbiq edildikdə problem yarada biləcəyi üçün 4 dəfə təkrar etdikdən sonra ara verin. Müalicə zamanı bol su içməyi unutmayın.

Cəfəri suyunun faydaları

- Vücudda yığılmış ödəmi aradan qaldıraraq arıqlama prosesini asanlaşdırır.

- Həzm sistemini tənzimləməyə kömək edir. Xüsusilə səhərlər ac qarına istehlak edildikdə mədə turşusu balansını təmin edir.

- Dəriyə parlaq və sağlam görünüş qazandırır.

- Toxluq hissi verərək həddindən artıq kalori qəbulunun qarşısını alır.

- Tsikl ağrılarını azaldır.

- Maddələr mübadiləsini, qan dövranını sürətləndirir və saç köklərini gücləndirir.
Geri dön