Xəbərlər



Bu 6 məhsul qarın piylərini əridir
Bu 6 məhsul qarın piylərini əridir

Qarın boşluğunda yığılan artıq piy (visseral piy) həm insanın xarici görünüşünü korlayır, həm də sağlamlığa ciddi ziyan vurur.

Visseral piylə mübarizə aparmaq olduqca çətindir.

Müşahidələr göstərir ki, hətta ən fəal fiziki aktivlik qarında yığılan piylərdən çox gec azad edir. Aktiv şəkildə idmanla məşğul olanlarda qarın və böyürlərdə yığılan artıq piy ən sonda gedir. Bu isə insanlarda idmana olan inamı azaldır və idmandan imtina etməyə vadar edir.

Mütəxəssislər sübut edir ki, üzgüçülk və yeriş müəyyən qidalanma ilə birlikdə qarın piylərindən daha tez və rahat azad olmağa yardım edir.

Saglamolun.az Daily Express-ə istinadla sizi qarın piylərini əritməyə yardım edən məhsullarla tanış edir:

- yumurta

- toyuq əti (əsasən sinə əti)

- tuna balığı

- badam

- mərci

- paxla

Eyni zamanda qidalanmda karbohidratlar və şəkərdən imtina etmək, meyvə və tərəvəzlərin miqdarını artırmaq lazımdır.

Həmçinin qidalanmada çərəzlər və zeytun yağı olmalıdır.
Baxış sayı: 333